Fransada liseylərdə mobil telefon qadağası genişləndirilir

Fransada liseylərdə mobil telefon qadağası genişləndirilir
DÜNYA
14:44 17.06.2026
289
Fransa hökuməti hazırda ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon istifadəsi qadağasının liseylərdə də tətbiq olunmasına hazırlaşır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Təhsil naziri Eduard Geffray France Info kanalında çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, ölkədə 15 yaşadək uşaqların sosial mediadan istifadəsinə dair yeni hüquqi tənzimləmə üzərində iş aparılır və bu layihənin yay aylarında təsdiqlənməsi gözlənilir.

O, həmçinin qeyd edib ki, 2018-ci ildən bəri ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon qadağasının yeni tədris ilindən etibarən liseyləri də əhatə etməsi planlaşdırılır.

"Bunun şagirdlərimiz üçün son dərəcə vacib olduğunu düşünürük”, – deyə nazir vurğulayıb.
 
Gülay

OXŞAR XƏBƏRLƏR