Fransada məscidlərə terror aktı planlaşdırdı - 18 il həbs olundu

DÜNYA
14:44 24.09.2024
131
Fransada 2017 və 2018-ci illərdə məscidlərdə terror aktları planlaşdırmaqda təqsirli bilinən neonasist qruplaşmasının lideri Aleksandr Gilet 18 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Gilet məscidlərə və Jean-Luc Mélenchon və Crif kimi siyasi xadimlərə qarşı terror aktları planlaşdırmaqda ittiham olunur.
 
Qeyd edək ki, 2017 və 2018-ci illərdə məscidləri və Avropa Parlamentinin binasını hədəf alan terror aktları planlaşdırmaqda ittiham olunan Gilet və onunla birlikdə olan 3 nəfər ötən il Parisdə hakim qarşısına çıxıb.

Gilet istisna olmaqla, təqsirləndirilən şəxslər 3 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmənin qərarından apellyasiya şikayəti verməyiblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR