Fransada qanunsuz miqrantlar düşərgəsi sökülüb

Fransada qanunsuz miqrantlar düşərgəsi sökülüb
DÜNYA
19:48 16.11.2021
380
Fransanın şimalındakı Nord departamentinin Grand Sint kantonunda (icmasında), sahil zolağında yerləşən qanunsuz miqrantlar üçün düşərgə polis tərəfindən sökülüb.

Nəticədə 1000 nəfərə yaxın əcnəbi başqa düşərgələrə köçürülür.

Daxili işlər naziri Jerald Darmanin bildirib ki, bu addım yaxındakı La Manş boğazı üzərindən qanunsuz miqrantların tez-tez ölkəyə gəlməsini əngəlləmək məqsədi daşıyır. Belə ki, ötən həftə sözügedən istiqamətdə Fransaya 1000-dək şəxs qanunsuz olaraq daxil olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR