Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
DÜNYA
15:33 12.09.2026
82
Fransada Ruan-Kan marşrutu ilə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə BFM məlumat yayıb.

Fransanın nəqliyyat naziri Filipp Tabarot bildirib ki, qatarda 180 sərnişin olub.

Ruan prokurorluğunun məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR