Fransada şəhər meri bıçaqlı hücuma məruz qalıb

Fransada şəhər meri bıçaqlı hücuma məruz qalıb
DÜNYA
23:13 07.08.2025
213
Fransanın Vilnyov-de-Mark şəhərinin meri Jil Dyusso bıçaqlı hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, o, günorta saatlarında 28 yaşlı oğlu ilə şəhərdə gəzərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Cinayətkar merin döş qəfəsi nahiyəsinə üç bıçaq zərbəsi endirib.

Şübhəli qaçıb, lakin bir müddət sonra hadisə yerinə qayıdaraq, avtomobillə Dyussonu və oğlunu vurmaq istəsə də, idarəetməni itirərək divara çırpılıb.

Hücum edən şəxs maşından düşdükdən sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hələ də şübhəlinin şəxsiyyətini müəyyən edə bilməyiblər, onun harada olduğu bilinmir.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR