Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
DÜNYA
19:21 05.07.2024
183
Fransanın hüquq-mühafizə orqanları son günlər bir neçə nəfəri Olimpiya Oyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen BFMTV telekanalının efirində bildirib.

"Terror təhlükəsi son dərəcə ciddi olaraq qalır. Seçki kampaniyası dövründə olduğumuz üçün son bir neçə gündə bunu ictimaiyyətə açıqlamadıq, lakin terror aktları planlaşdıra və həyata keçirə biləcək insanları həbs etdik”, - o vurğulayıb.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR