Fransada yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib

Fransada yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib
DÜNYA
18:58 30.07.2023
203
Fransanın cənub-şərqində baş verən yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Yanğın Nitsadan 60 km məsafədə yerləşən Berols kommunası yaxınlığında qeydə alınıb.

Telekanalın məlumatına görə, hazırda yanğın lokallaşdırılıb. Meteoroloqların məlumatına görə, ərazidə yanğının yenidən yayılmasına səbəb ola biləcək küləklərin əsəcəyi proqnozlaşdırılır.

İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron quraqlıq səbəbindən ölkənin demək olar ki, yarısının yanğın təhlükəsi ilə üzləşdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR