Fransada Yeni il gecəsi konserti və atəşfəşanlğı ləğv edildi

Fransada Yeni il gecəsi konserti və atəşfəşanlğı ləğv edildi
DÜNYA
23:26 17.12.2021
379
Fransa hakimiyyəti Yeni il ərəfəsində atəşfəşanlıq və konsertləri ləğv etmək qərarına gəlib.

Bu barədə Müdafiə Şurasının iclasından sonra baş nazir Jan Kasteks bildirib. İclasda ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Fransa hazırda COVID-19-un beşinci dalğasını yaşayır. Ötən gün ölkədə 63,5 minə yaxın yoluxma halı müəyyən edilib. Səlahiyyətli şəxslər yeni "Omikron” ştammının sürətlə yayılmasından narahatdırlar.
OXŞAR XƏBƏRLƏR