Fransada yeni virus bu şəhəri iflic etdi - 8 nəfər yoluxdu

Fransada yeni virus bu şəhəri iflic etdi - 8 nəfər yoluxdu
DÜNYA
13:17 22.08.2025
222
Ağcaqanadlar vasitəsilə yayılan Çikunqunya virusu Fransanın Qrenobl şəhərində panikaya səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən həftə aşkar edilən yeni yoluxmalarla ümumi say səkkizə yüksəlib və əsas narahatlıq virusun bölgədə "yerli" ağcaqanadlar tərəfindən yayılmasıdır.
 
Xəstəliyin sayı artdıqdan sonra Regional Səhiyyə Agentliyi (ARS) təcili tədbirlər həyata keçirib.

Agentliyin qərarına əsasən, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə ötən gün (avqustun 21-dən 22-nə keçən gecə) ağcaqanadlara qarşı genişmiqyaslı əməliyyat (çiləmə) həyata keçirilib. 
 
Regional Səhiyyə Agentliyi (ARS) Eybensdə son iki yoluxmanın ilk dərmanlama əməliyyatından əvvəl yoluxduğunu açıqlayıb.
 
Bu iki yeni yoluxma ilə Eybensdə çikungunya virusuna yoluxmanın ümumi sayı üçə yüksəlib və daha əvvəl beş yoluxmanın qeydə alındığı Claix kommunası da daxil olmaqla Qrenobl şəhər ərazisində çikungunya virusuna yoluxanların ümumi sayı səkkiz nəfərə yüksəlib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR