Fransadakı səfirliyimiz Qriqoryana şəxsiyyət vəsiqəsi verib? - AÇIQLAMA

Fransadakı səfirliyimiz Qriqoryana şəxsiyyət vəsiqəsi verib? - AÇIQLAMA
SİYASƏT
14:52 06.04.2018
6436
"Əminliklə bildiririk ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı məsələ ilə bağlı səfirliyimizin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib".
 
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən bildirib.
 
Səfirlik ölkə KİV-ni bu kimi məsələlərdə diqqətli olmağa və jurnalistikanın əsas prinsiplərinə əməl etməyə çağırıb: "Təəssüflə qeyd edirik ki, ölkəmizdə keçiriləcək  prezident seçkiləri öncəsi Avropada, xüsusən də Fransada Azərbaycana qarşı kampaniya daha da geniş vüsət alıb. Sosial şəbəkə profilində heç bir fakta əsaslanmayan fikrin dəqiqləşdirmə aparılmadan tirajlanmasını təsadüf hesab etmirik. Fransada Azərbaycan Respublikasının imicinə zərbə vurmaq məqsədilə həyata keçirilən bu kampaniyada erməni diasporu ilə Fransadan siyasi sığınacaq almış Azərbaycan vətəndaşı statusu daşıyan şəxslər sinxron hərəkət edirlər". 
 
Qeyd edək ki, Fransada yaşayan mühacir blogger Elnur Məcidli sosial şəbəkədə 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hazırda Fransanın Orleans şəhərində ailəsi ilə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib. 
 
E.Məcidli yazıb ki, Qriqoryan Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyəti təsdiqlənib, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı sənəd verilib. 
 
Xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. 
 
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi olub. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
  
Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. 
 
Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib.
 
Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs - azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.
 
2015-ci ilin yanvar ayının 9-da E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
 
Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert