Fransadan sonra daha üç Avropa ölkəsi iPhone 12-ni qadağan edə bilər

Fransadan sonra daha üç Avropa ölkəsi iPhone 12-ni qadağan edə bilər
DÜNYA
11:59 15.09.2023
216
Belçika hökuməti İphone modelləri ilə əlaqəli potensial sağlamlıq risklərini nəzərdən keçirəcəyini söyləyib.

AZXEBER.COM xəbər verir ki, Almaniya və Hollandiyadakı şəbəkə tənzimləyiciləri də problemi araşdıracaqlarını söyləyib.

Fransanın həddindən artıq radiasiya yaydığı səbəbiylə satışına qadağa qoyulan Amerika texnologiya nəhəngi "Apple”ın iPhone 12 modelini daha çox Avropa ölkəsi qadağan etməyə hazırlaşır. 

Belçika hökuməti modellə əlaqəli potensial sağlamlıq risklərini nəzərdən keçirəcəyini söyləyib, Almaniya və Hollandiyadakı şəbəkə tənzimləyiciləri də problemi araşdıracaqlarını söyləyiblər.

iPhone 12-nin satışa çıxarıldığı zaman radiasiya təhlükəsizliyi standartlarına cavab verdiyi Böyük Britaniya, Fransanın qərarından sonra hələ bir plan açıqlamasa da, İspaniyadakı istehlak birlikləri Fransa kimi iPhone 12 satışlarının dayandırılmasını tələb edib. 

İtaliya isə hələlik heç bir addım atmayacağını açıqlayıb. Belçika səlahiyyətliləri, səlahiyyətli qurumlardan təkcə "Apple” modellərini deyil, digər markaların modellərini də yoxlamağı xahiş etdiklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR