Fransalı müdafiəçi Kleman Lanqle İspaniyanın "Barselona” klubunu İngiltərə "Aston Villa”sına dəyişib.
Bu barədə məşhur jurnalist Fabritsio Romano özünün "Facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, fransalı mərkəz müdafiəçisi artıq Premyer Liqa təmsilçisi üçün tibbi müayinədən keçib.
Lanqle 2018-ci ildə "Sevilya”dan "Barselona”ya transfer olunub. O, ötən mövsümü icarə əsasında "Tottenhem”də keçirib.