"Fransa Prezidenti Emmanuel Makron öz vəzifəsini tərk etməlidir".
Bu fikri "Ayağa qalx, Fransa" partiyasının lideri Nikola Düpon-Enyan "X" sosial şəbəkəsində yazıb.
"Makron hakimiyyətdə qalmaq və fransızların cibinə girmək üçün saxta bir Rusiya təhlükəsi yaradır. Onun vəzifədən uzaqlaşdırılması həyati zərurətdir", - siyasətçi qeyd edib.
///Oxu.Az