Fransa Senatının beş nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 7-də Tayvana gedəcək.
Bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə Fransa Senatının Avropa məsələləri üzrə komitəsinin sədr müavini Kiril Pellevatın rəhbərlik edəcəyi bildirilir.
Səfər 6 gün davam edəcək və fransalı senatorlar tayvanlı rəsmi şəxslərlə görüşəcəklər. Tərəflər Hind-Sakit okeanı regionunda təhlükəsizlik, texnologiya, innovasiya sahəsində əməkdaşlıq, təchizat zəncirləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, Kiril Pellevat 2016 və 2017-ci illərdə Taypeydə səfərdə olub