Fransanın Baş naziri Sebastyen Lekornu parlament oktyabrın 1-də işinə başlayana qədər yeni hökuməti formalaşdırmaq niyyətindədir.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Le Parisien" nəşrinə müsahibəsində bildirib.
"Hökumət parlament işinə başlayana qədər təyin olunacaq. Mən büdcə layihəsi üzərində işi davam etdirmək istəyirəm. Hökumətə qoşulmaq istəyən nazirlər bu büdcəni dəstəkləməli olacaqlar", - baş nazir söyləyib.