Fransada meşə yanğınları ilə mübarizə davam edir

Fransada meşə yanğınları ilə mübarizə davam edir
DÜNYA
11:48 10.08.2026
178
Fransanın cənub-şərqində yerləşən Drom departamentində təxminən bir həftədir davam edən meşə yanğını hələ də tam söndürülməyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerli medianın məlumatına görə, ölkə üzrə yanğınların böyük hissəsi nəzarət altına alınıb. Lakin Drom departamentinin Diois şəhərində davam edən yanğın nəticəsində indiyədək təxminən 400 hektar ərazi yanıb.

Yanğının söndürülməsi zamanı 4 yanğınsöndürən yüngül xəsarət alıb. Hazırda ərazidə 400-dən çox yanğınsöndürən və 4 helikopter və ya yanğınsöndürən təyyarə fəaliyyət göstərir.

Buş-dü-Ron departamentinin Fontvieille şəhərindəki yanğın isə dünən nəzarət altına alınıb.

Fransanın meteoroloji xidməti "Meteo-France” ölkənin 17 departamentində yanğın riskinin yüksək olduğunu açıqlayıb. Həmçinin yeni isti hava dalğasının başladığı, 22 departament üçün isə narıncı səviyyəli temperatur xəbərdarlığı verildiyi bildirilib.

Qeyd edək ki, Fransa tarixinin ən böyük yanğın mövsümlərindən birini yaşayır. Bu il ölkə üzrə 117 min hektar ərazi yanaraq kül olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR