"Qiyamət günü təyyarəsi" onu Asiya turunda müşayiət edib

"Qiyamət günü təyyarəsi" onu Asiya turunda müşayiət edib
DÜNYA
08:13 20.11.2026
77
Amerikanın "Qiyamət günü təyyarəsi" kimi tanınan "E-4B Nightwatch" hava komandanlıq məntəqəsi ABŞ Prezidenti Donald Trampı Asiya turu zamanı müşayiət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The War Zone" portalı məlumat yayıb.

"E-4B Nightwatch" təyyarəsi nüvə münaqişəsi də daxil olmaqla, fövqəladə hallarda ABŞ Silahlı Qqüvvələrinin davamlı komandanlığını və nəzarətini təmin etmək üçün nəzərdə tutulub.

Hava komandanlıq məntəqəsi ölkənin ən yüksək hərbi və siyasi rəhbərliyinə yerüstü idarəetmə mərkəzlərinin sıradan çıxması halında Silahlı Qüvvələrlə əlaqə saxlamağa imkan verir.
OXŞAR XƏBƏRLƏR