Fransanın səfiri: Prezidentlərin hər bir görüşünü müsbət hadisə kimi qiymətləndiririk

SİYASƏT
15:12 20.11.2013
914

Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşünü biz müsbət hadisə kimi qiymətləndiririk.

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeprezidentlərin noyabrın 19-da Vyanada keçirilmiş görüşünə münasibət bildirərkən deyib.O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri görüşün yekunu ilə bağlı yaydıqları bəyanatda başqa bir görüş hazırladıqlarını bildiiblər.

“Bu onu göstərir ki, tərəflər arasında dialoqun yaxşılaşdırılması üçün yeni bir stumul olub. Fransa əlbəttə ki, bunu dəstəkləyir”.Səfirin sözlərinə görə, Fransa həmçinin münaqişə tərəfləri arasında, o cümlədən vətəndaş cəmiyyətlərinin kontaktlarını dəstəkləyir:

“Gələn həftə, noyabrın 28-də Strasburqda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında görüş olacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə hüquq müdafiəçisi Arzu Abdullayeva və vətəndaş cəmiyyətinin digər təmsilçiləri daxildirlər. Görüşün sonunda birgə bəyannamənin imzalanması gözlənilir”.

OXŞAR XƏBƏRLƏR