Fransanın Türkiyə ilə bağlı xəritəsi Yunanıstanın qəzəbinə səbəb oldu - FOTO

Fransanın Türkiyə ilə bağlı xəritəsi Yunanıstanın qəzəbinə səbəb oldu - FOTO
DÜNYA
11:54 17.05.2023
350
Fransanın "Le Monde” qəzetinin saytında Türkiyədə seçki nəticələri üçün istifadə edilən xəritə Yunanıstanda böyük ajiotaja səbəb olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərlərində mövzuya geniş yer verən Yunan mətbuatı xəritədə Türkiyənin seçki dairəsində Rodos, Kos və Sakız kimi Şərqi Ege adalarının göstərilməsinə diqqət çəkib.

Yunan mətbuatının diplomatik mənbələrə əsaslandığı xəbərdə xarici işlər naziri Nikos Dendiasın göstərişi ilə Yunanıstanın Parisdəki səfiri Dimitrios Zevelakis qəzet rəhbərliyinə məktub göndərərək xəritədəki səhvin düzəldilməsini tələb edib.

Xəritə Le Monde qrafika şöbəsi tərəfindən hazırlanarkən, seçki məzmununun mənbəyi kimi Anadolu Agentliyi göstərilib.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR