'Freedom House” əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədir' - Aydın Mirzəzadə

SİYASƏT
11:05 19.06.2013
1471

Bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır.

AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə “Freedom House” təşkilatının Azərbaycanla bağlı son hesabatına münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar.“Bunlardan biri də “Freedom House” təşkilatıdır ki, onun “Keçid dövrü ölkələri – 2013” adlı hesabatında Azərbaycan vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilib.“Freedom House”un hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi”.A.Mirzəzadə bildirib ki, ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi.“Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib.Amma bütün bunları nədənsə “Freedom House” kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Hesab edirəm ki, həmin təşkilat sadəcə olaraq bunları görmək istəmir.Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, “Freedom House”un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi.

OXŞAR XƏBƏRLƏR