Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladivostokda Ukraynanın hərbi kəşfiyyatı üçün informasiya toplamaqda şübhəli bilinən rusiyalını saxlayıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı sentyabrın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqə Mərkəzindən TASS-a bildirib.
"Federal Təhlükəsizlik Xidməti Primorsk diyarında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin maraqları naminə casusluq şəklində dövlətə xəyanət etməkdə şübhəli bilinən Vladivostok sakininin fəaliyyətini qarısı alınıb”, - FTX bildirib.
Məlumata görə, Vladivostok sakini Ukrayna hərbi kəşfiyyatının göstərişi əsasında fəaliyyət göstərərk regionun hərbi infrastruktur obyektləri haqqında məlumatları toplayıb, ötürüb.
FTX-nin İstintaq bölməsi saxlanılan şəxsə qarşı "dövlətə xəyanət” maddəsi üzrə cinayət işi başlayıb. Həmin şəxsə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.