Fuad Əskərov: "Alicənab rəqiblə sağlam mübarizə aparırıq"

Fuad Əskərov: "Alicənab rəqiblə sağlam  mübarizə aparırıq"
Secki2024
17:13 05.02.2020
2631

Ölkənin qan xeyriyyəçisi Fuad Əsgərov növbədənkənar parlament seçkilərində68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəddir.


AZXEBER.COM xəbər verir ki, sosial problemlərin həlli üzrə təcrübəyə malik Fuad Əsgərovun namizəd olduğu dairədən daha 7 nəfər namizəd var.

 

Fuad Əsgərovla söhbət zamanı seçki prosesləri ilə maraqlandıq. Vətəndaş camiyyətinin təmsilçisi bildirdi ki, təbliğat və təşviqat kampaniyası yüksək əzimkarlıqla aparılır. Seçiciləri ilə görüş üçün ən ucqar kəndlərə belə gedirik. Vətəndaşlarla söhbət zamanı sosial qayğıya ehtiyacı olan ailələrə çox rast gəlirik bu halda bütün imkanları səfərbər edərək dəstək olmağa çalışırıq.

 

Bir neçə gün öncə Xanəgah kəndində bir ailədə iki uşağın talasemiyadan əziyyət çəkdiyini öyrəndik, ağır vəziyyətdə olan azyaşlılara könüllü və təmənnasız qan yardımı olundu. Hətta bu hadisədən çox təsirləndim, bəlkə də seçki bir səbəb oldu ki, iki azyaşlını xilas edək. Seçkinin nəticəsi humanitar fəaliyyətimə heç bir təsiri olmayacaq, əksinə görüşlər zamanı qeydə aldığım ailələr ilə təkrar görüşüb öz yardımımı edəcəm. Mən ölkə başcısına təşəkkür etmək istərdim biz gənclərə imkan yaratdı ki,insanlar ilə yaxından tanış olaq. Qərara almışam ki, regional ofislər acaq və insanlara daha yaxından dəstək olaq. Seçki sonrası bütün regionu əhatə edəcək könüllü qanvermə aksiyalarına start verəcəyik.

 

Özəlliklə kənd sakinləri ilə səmimi görüşlərdən razı qaldığını dilə gətirən namizəd ən güclü rəqibinin əslən cəlilabadlı olan Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş professor Elman Nəsirov olduğunu bildirib.

Ölkənin qan xeyriyyəçisinin dediyinə əsaslanaraq Elman Nəsirov onun hörmət edib dəyər verdiyi palitoluqlardandır. Seçki prossesində peşəkar və alicənab rəqiblə sağlam mübarizə hər bir namizədin arzusu olduğunu da bildirib .

 

OXŞAR XƏBƏRLƏR