Tanınmış türkiyəli jurnalist Fulya Öztürk koronavirusa yoluxub.
AZXEBER.COM xəbər verir ki, bu haqda jurnalist özü məlumat verib.
O deyib ki, Azərbaycandan dönəndən sonra test edib və testi pozitiv çıxıb.
Qeyd edək ki, CNN Türkün jurnalisti olan Fulya Qarabağ müharibəsində Azərbaycanda hər kəsin sevimli jurnalistinə çevrilib.