Fulyadan İrandakı hadisələrə dəstək olan Hadisəyə SƏRT CAVAB

Fulyadan İrandakı hadisələrə dəstək olan Hadisəyə SƏRT CAVAB
MAQAZİN
13:43 12.01.2026
322
Türkiyəli müğənni Hadisenin İrandakı etirazlarla bağlı "Səssiz qala bilmərəm” paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Fulya Öztürk "X" hesabında Hadisəyə cavab verərək onun Qəzzadakı hadisələrə münasibət bildirməyərək paylaşım etməməsini tənqid edib.

Öztürk Hadisəni hədəf alan paylaşımında: "Kaş Qəzza üçün də "səssiz qala bilmərəm" desəydiniz, əsl Atatürkçülük bunu tələb edir. Sizə Yaxın Şərqdə nələr baş verdiyi barədə bir az araşdırma aparmağı və xəbərləri izləməyi məsləhət görərdim” sözlərini yazıb.
 
Daha sonra Öztürk paylaşdığı mesajı silərək açıqlama verib:
 
"Mesajım birlik və həmrəylik üçün idi. Bəzi dostlarım İran məsələsində ABŞ-İsrail təhdidini görməmiş ola bilərlər. Hadisənin və ya başqasının tənqid edilməsini istəmirəm. Gəlin bir olaq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR