Furkan Palalı 12 həftə ərzində İtaliyada rəqs edərək sərvət qazanacaq.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İtaliyanın Rai1 kanalında canlı yayımlanan "Ballando Con Le Stelle" (Ulduzlarla Rəqs) proqramının iştirakçılarından biri kimi çıxış edəcək.
Baş rolda oynadığı serialın yayımı ilə bu ölkədə geniş pərəstişkar kütləsi olan Furkan Palalı ilk buraxılışda rəqs partnyoru Erika Martinelli ilə tanqo rəqsi edib.
Furkan Palalı gələn həftə isə Rumba rəqsi ilə səhnəyə çıxacaq.
12 həftə davam edəcək yarışma proqramı zamanı aktyorun hər bölüm üçün 50 min avro (təxminən 1 milyon 900 min TL) qazanacağı öyrənilib.
Aysel