Bu müqavilənin imzalanması futbol dünyasında yeni rekordun qeydə alınmasına səbəb olacaq. Belə ki, Amerikanın idman geyimləri istehsal edən "Under Armour" firması "Real"a illik 150 milyon avroluq müqavilə təklif edib.
İndiyə qədər rekord "Mançester Yunayted"lə "Adidas" arasında bağlanmış 95 milyonluq müqaviləyə məxsusdu. 2-ci yerdə "Barselona" və "Nike" firmasının 85 milyonluq müqaviləsi gəlir.
Xatırladaq ki, hazırda "Real"ın texniki sponsoru "Adidas"dır. Tərəflər 2012-ci ildə 8 illik və dəyəri hər il üçün 40 milyon avro olan müqavilə izmalayıblar.