Futbol meydanı döyüş meydanına döndü - VİDEO

İDMAN
15:25 23.02.2015
1450

"Olympiakos" prezidenti və baş məşqçisinə yanıcı maddə tullayan "Panatinaikos" azarkeşləri daha sonra meydançaya daxil olub

Növbəti yunan derbisi də qalmaqalsız keçməyib.

Belə ki, matç başlamadan öncə "Olympiakos" prezidenti Evangelos Marinakisin futbolçular üçün olan sektora getməsi "Panatinaikos" azarkeşlərini qıcıqlandırıb.

"Pana" tərəfdarlarının Marinakisə fişəng və digər əşyalar atmasından sonra təhlükəsizlik qüvvələri onu qalxanlarla qoruyaraq soyunub-geyinmə otağına aparıb.

Biraz sonra isə "Olympiakos"un baş məşqçisi Vitor Pereiranın "Panathinaikos"un məşhur azarkeş qrupu olan "Gate 13"ün olduğu tribunaya doğru "gəl" anlamı verən əl hərəkəti etməsinin ardınca "Pana" tərəfdarları meydançaya daxil olaraq, Pereiraya və bəzi oyunçulara hücum ediblər.

Polis və stadionun təhlükəsizlik qüvvələri onların qarşısını almağa çalışdıqda isə qarşıdurma daha da şiddətlənib.

Oyun hadisələr başa çatdıqdan və "Gate-13" qrupu stadiondan çıxarıldıqdan sonra başlayıb. Qarşılaşmada "Panathinaikos" 2-1 hesabı ilə qalib gəlib və hazırda çempionatın birinci pilləsində olan əzəli rəqibi "Olympiakos" ilə arasındakı xal fərqini 3-ə endirib.

Hazırda Yunanistan superliqasında 25-ci turdan sonra "Olympiakos" 58 xalla liderdir. (interaz)

OXŞAR XƏBƏRLƏR