Futbol millimiz Fransa ilə qarşılaşa bilər

İDMAN
14:49 20.12.2013
985

UEFA-nın yeni qaydasına görə Azərbaycan millisi Fransa ilə yoldaşlıq oyunu keçirə bilər.

AZXEBER.COM xəbər verir ki, UEFA-nın yeni qərarına görə, AVRO-2016-nın seçmə mərhələsindən azad olan ev sahibi Fransa 5 komandalı qrupda yer alan bütün yığmalarla qarşılaşmalıdır.53 Avropa ölkəsinin püşkatması gələn il fevralın 23-də baş tutacaq və 8 qrupda 6 ölkə, yalnız bir qrupda isə 5 ölkə yer alacaq.Bu da o deməkdir ki, Azərbaycan millisi 5 komandalı qrupa düşərsə, Fransa ilə 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.Qeyd edək ki, əvvəllər dünya və qitə çempionatlarının final mərhələsini qəbul edən komandalar yoxlama oyunu keçirməkdə azad seçimə malik idi.

OXŞAR XƏBƏRLƏR