Futbol üzrə dünya çempionatı bu kanalda canlı yayımlanacaq

Futbol üzrə dünya çempionatı bu kanalda canlı yayımlanacaq
İDMAN
13:05 24.05.2022
294
İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.

AZXEBER.COM xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. "Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balakişi Qasımov "Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb: "Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. "Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, "Maska” şou yanvar ayından efirdə olsun”.
OXŞAR XƏBƏRLƏR