Futbol üzrə dünya çempionatı qışda keçiriləcək - FİFA-nın baş katibi

İDMAN
16:34 08.01.2014
1209
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı qışda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, belə bir bəyanatla FİFA-nın baş katibi Jerom Valke çıxış edib.

“Dünya çempionatı iyun və iyul aylarında baş tutmayacaq. Mundial 15 noyabr - 15 yanvar aralığında keçiriləcək” – Valke bildirib.

Qeyd edək ki, FİFA mundialla bağlı yekun qərarını ötən ilin oktyabrında baş tutan İcraiyyə Komitəsinin iclasında verməli idi. Lakin məsələ hələ də açıq qalmaqdadır.

OXŞAR XƏBƏRLƏR