Futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər açıqlandı - SİYAHI

İDMAN
09:30 30.09.2012
1384
Moskvada 2018-ci ilin futbol üzrə dünya çempionatının (DÇ-2018) oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarının açıqlanması mərasimi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, şəhərləri FİFA prezidenti Yozef Blatter açıqlayıb.
DÇ-2018-in keçirilməsinə 13 şəhər iddia edirdi: Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Nijni Novqorod, Kazan, Samara, Saransk, Volqoqrad, Rostov, Soçi, Krasnodar i Yekaterinburq.
Hələ iki gün əvvəl Rusiyanın idman naziri Vitali Mutko bildirmişdi ki, artıq seçim edilib. “FİFA 2018-ci ilin dünya çempionatının oyunlarını qəbul edəcək 11 şəhər və 12 stadionu təsdiqləyib”, - nazir deyib.
DÇ-2018-i qəbu edəcək şəhərlərin yekun siyahısı belədir: Sankt-Peterburq, Yekaterinburq, Soçi, Kazan, Nijni Novqorod, Samara, Rostov, Kalininqrad, Volqoqrad, Saransk və Moskva.
FİFA ekspertləri şəhərlərin seçimində onların infrastukturunu, sosial-iqtisadi inkişaf səviyyəsi, DÇ-2019-ə hazırlıq üzrə investisiya proqramı, çempionatın keçirilməsi konsepsiyası kimi meyarları nəzərə alıblar.

OXŞAR XƏBƏRLƏR