Futbolçu bayquş öldürdüyünə görə cəzalandırıldı

MARAQLI
17:17 04.03.2011
1822

Kolumbiyanın “Deportivo Pereyra” klubunun futbolçusu Luis Moreno iki oyunluq diskvalifikasiya edilərək 560 dollar cərimə olunub. Futbolçu klubun talismanı olan bayquşu öldürdüyünə görə bu cəzaya layiq görülüb. Qeyd edək ki, insident “Deportivo Pedreyra” – “Atletiko Xunior” matçında yaşanıb. “Atletiko Xunior” klubunun talismanı olan bayquşa təsadüfən top dəydikdən sonra quş meydana düşüb. 

Hakim oyunu saxlayaraq bayquşu yerdən götürmək istəyərkən Luis Moreno quşa ayaqla zərbə vurub. Zərbənin təsirindən bayquş ən azı 3 metr uzaqlıqda yerə düşüb. Bayquş yaxınlıqda olan veterinar klinikasına çatdırılsa da, ölüb.

 

OXŞAR XƏBƏRLƏR