Braziliyalı futbolçu Karlos Alberto Rio-de-Janeyroda oynanan xeyriyyə matçında hakimin əynindən tumanını çıxarıb.
Oyunçu qarşılaşmanı idarə edən hakimlərin qərarlarından narazı qalıbmış. Alberto yan hakimlərdən birinə yaxınlaşaraq, onun əynindəki tumanı dartıb çıxarıb.
Karlo Alberto əməlinə görə cəza almayıb.
Braziliya futbolunun ulduzlarının qatıldığı oyunda "Zikonun dostları" komandası "Tulionun dostları"nı 8:6 hesabla udub. Karlos Alberto isə Tulionun komandasında oynayıb və 2 qol vurub.