Futbolçu hakimi təhqir etdiyinə görə sərt cəzalandırıldı

İDMAN
18:40 14.01.2014
1027
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 
AZXEBER.COM federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komitə üzvləri həvəkarlar arasında oyunlarda və futzal çempionatında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
8 yanvar 2014-cü il Həvəskarlar arasında “Adıgün” – “Cağırğan” matçının 90-cı dəqiqəsində “Adıgün” klubunun 10 nömrəli futbolçusu Xəlil Arifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
29 dekabr 2013-ci il Həvəskarlar arasında İOEUGİM – “Səhliyalı” matçının 61-ci dəqiqəsində İOEUGİM klubunun 10 nömrəli futbolçusu Tural Salmanzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
Oyunun 70-ci dəqiqəsində “Səhliyalı” klubunun 4 nömrəli futbolçusu Elşən Qasımov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb.
Oyunun 70-ci dəqiqəsində İOEUGİM klubunun 3 nömrəli futbolçusu Elmir Şiriyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb.
Matçın 90+3-cü dəqiqəsində “Səhliyalı” klubunun 44 nömrəli futbolçusu Ramin Babayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
5 yanvar 2014-cü il Həvəskarlar arasında “Şəfəq” – “Gənclərbirliyi-2” matçının 19-cu dəqiqəsində “Gənclərbirliyi-2” klubunun 4 nömrəli futbolçusu Kamran İsgəndərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
Oyunun 44-cü dəqiqəsində “Şəfəq” klubunun 5 nömrəli futbolçusu Pərviz Nəzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
5 yanvar 2014-cü il Həvəskarlar arasında “Ağcəbədi” – “Qəbələ-2” matçının 89-cu dəqiqəsində “Ağcəbədi” klubunun 6 nömrəli futbolçusu Şahin Rüstəmov aqressiv oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
4 yanvar 2014-cü il Həvəskarlar arasında “Çağırğan” – “Boradigah” matçında “Boradigah” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
4 yanvar 2014-cü il Həvəskarlar arasında “Səhliyalı” – “Sabir” matçında “Sabir” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
5 yanvar 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Xəzər İslands” – “Baku Flames -2” matçında “Xəzər İslands” klubunun 10 nömrəli futbolçusu Elvin Qəhrəmanlı rəqibini təhqir etdiyinə görə 3 oyunluq cəzalanıb.
“Baku Flames -2” klubunun 12 №-li futbolçusu Kamran Hacıyev rəqibə zərbə endirdiyinə görə 5 oyunluq cəzalanıb.
OXŞAR XƏBƏRLƏR