Futbolçu həyat yoldaşını döyüb bu hala saldı - FOTO/VİDEO

Futbolçu həyat yoldaşını döyüb bu hala saldı - FOTO/VİDEO
DÜNYA
09:40 05.02.2022
393
Türkiyəli futbolçu Özer Hurmacı həyat yoldaşı Mihriban Hurmacıya qarşı fiziki zorakılıq tətbiq edib.

AZXEBER.COM xəbər verir ki, idmançı ötən ay ondan boşanmaq istəyən arvadını uşaqlarının gözü önündə döyüb.

Bu haqda Mihriban Hurmacı sosial şəbəkədə məlumat verib. O, üzü qan içində olan görüntülərinin yayımlayaraq ərinin ona qarşı şiddət tətbiq etdiyini bildirib. 

O, əvvəl ərinin telefonunda başqa qadınlara aid foto və videolar görüb. Bundan sonra cütlük arasında mübahisə başlayıb. Özer Mihribanı sürüyərək zorla otağa çəkib və oarada onu döyməyə başlayıb. Başını evin pəncərələrinə vurub. 

Mihriban başına gələnləri sosial şəbəkə hesabında açıqladıqdan sonra futbolçu əri həbs olunub.

Qeyd edək ki, cütlük 6 ildir evlidir, onların 3 övladı var.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR