AZXEBER.COM-un verdiyi məlumata görə, ehtiyat qapıçı Buğra Bilgin komandanın əsas qapıçısı Rıza Altınbaşı bıçaqlayıb.
Belə ki, axşam məşqində tərəflər arasında mübahisə düşüb. İki futbolçu məşqdən sonra şəhərdə görüşüb və münasibətlərini ayırd etməyə çalışıblar. Mübahisə böyüdükdə isə Bilgin həmkarını ayağından 4 dəfə bıçaqlayıb. Hadisə yerində olan digər komanda yoldaşları onları ayırıb.
Komanda yoldaşını bıçaqlayan Buğra Bilgin isə polis nəzarətinə alınıb.