Belçika yığmasının və İtaliyanın Napoli komandasının yarımmüdafiəçisi Dris Mertensin Avro-2016-nın seçim turunda Uelsə qarşı oyunda beyni silkələnib.
Belçika yığmasının baş məşqçisi Mark Vilmots bildirib ki, Mertens oyun zamanı huşunu itirib. Yarımmüdafiəçi meydandan xərəkdə çıxarılaraq, dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Uelsə qarşı oyunda Mertens 73-cü dəqiqədə oyuna çıxsa da, meydanda cəmi 6 dəqiqə olub.
Yeri gəlmişkən bildirək ki, Belçika-Uels oyunu heç-heçə bitib.// xezerxeber