Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...”

Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...”
SOSİAL
11:50 17.08.2017
4131
Azərbaycanın tanınmış futbolçusu Rəşad Sadiqovun avtomobili əlindən alınaraq cərimə meydançasına aparılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "AzPolitika.info”ya R.Sadiqov özü məlumat verib. Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub.

Saytımıza müraciət edən R.Sadiqov bildirib: "Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən maşını sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı "maşında siqnal var?” oldu.  "Yoxdu” cavabını aldıqdan sonra, maşını yoxlamağa başladı, yenidən mənə sual verdi ki, maşına əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin "yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və maşını dayanacağa aparacağını bildirdi. Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, "yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər maşın içəri getməlidirsə bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, "siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim maşınımı niyə aparırsız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin "yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.



R.Sadiqov bildirir ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib. "Bizim işə 18-ci otaqda baxılacağını bildirdilər. Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən maşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra, mənə maşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Və mən yenidən sual etdim ki, səbəbini kimsə açılayacaqmı ki, mənim maşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, "gedin maşının "qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, maşın yoxlanıldı və səsin normadan biraz artıq olduğu bildirildi. Bunlara bildirdim ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.

Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. Mayor Cavad Qafarov "obed”ə getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib. "Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə maşının cəriməsinin 500 manat olduğunu bildirdi: "Maşının səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin maşını çıxarın”. Bunun qanunsuz olduğunu, əgər həqiqətən 500 manatlıq cəriməsi varsa bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant "gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
Azərbaycanda pensiya təminatında yenilik
15:28 23.06.2025
Azərbaycanda pensiya təminatında yenilik