Futbolçunu vuran hakimin cəzası açıqlandı

Futbolçunu vuran hakimin cəzası açıqlandı
İDMAN
16:26 02.02.2018
1777
Fransalı hakim Toni Şapronun cəzası müəyyənləşib.
 
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Liqa 1-in XX turunda keçirilən "Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay təyinat almayacaq. Fransa Futbol Federasiyası onu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırmışdı. Məsələni araşdıran Nizam-İntizam Komitəsi yekun qərarını verib. Belə ki, Şapron 3 aylıq diskvalifikasiya ilə canını qurtarıb.
 
Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində "Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

OXŞAR XƏBƏRLƏR