"Nyukasl" və İsveç millisinin hücumçusu Aleksandr İsakın evi qarət edilib.
Qeyd olunur ki, hadisə İngiltərə çempionatının 32-ci turunun "Fulhem"lə oyunun başlamasına (1:0) təxminən iki gün qalmış baş verib.
Qarətçilər futbolçunun avtomobilini oğurlayıblar.
Lakin hadisə zamanı futbolçunun özünün və ya ailəsinin evdə olub-olmadığı məlum deyil.
Xatırladaq ki, daha əvvəl İngiltərədə İsakın komanda yoldaşı, hücumçu Coelintonun, eləcə də "Mançester Siti"nin vingeri Cek Qrilişin evi qarət edilmişdi.