“Futbolçunun pişiyə də toxunmağa ixtiyarı yoxdu” – Ramin Musayev

“Futbolçunun pişiyə də toxunmağa ixtiyarı yoxdu” – Ramin Musayev
İDMAN
13:55 26.10.2016
1163

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının IX turunda keçirilən "Neftçi” – "Qarabağ” (0:2) matçının son dəqiqələrində baş verən xoşagəlməz hadisənin görüntülərini yəqin ki, izləmisiniz. "Neftçi”nin futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına nə ad vermək olar?

- Hər iki şəxsin hərəkəti düzgün deyil. Nə "Neftçi” azarkeşinin, nə də futbolçusunun. Dünyanın hər yerində azarkeş stadiona daxil ola bilər və hər yerdə bu hal baş verir. Azarkeş olmasın, hər hansı bir canlı meydançaya daxil olursa, heç bir futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu əgər Avropadan gəlibsə, peşəkar futbolçudusa, o hərəkəti etməməlidi. Edibsə, cəzasını alacaq.

- Tira şəxsi hesabında yazıb ki, elə bildim, "Qarabağ”ın azarkeşidi. Həmin şəxs "Qarabağ”ın fanatı olsaydı belə, futbolçunun bu hərəkətə əl atması qəbuledilməz deyilmi?

- Əlbəttə, qəbuledilməzdi. Hansı klubun azarkeşi olur-olsun, fərqi yoxdu. Üzr istəyirəm, hətta orda pişik də olsaydı, futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu dərhal qırmızı vərəqə ilə cəzalandırılmalıdı, hakim də düzgün qərar qəbul etdi. O futbolçunun peşəkar olmasına mən artıq şübhə ilə yanaşıram. Peşəkar futbolçu bu hərəkətə yol verməməli idi.

- Başqa ölkədən gəlib yerli azarkeşi vuran bir futbolçunu burda saxlamaq nə dərəcədə doğru olar?

- Gəlin, bunu siyasiləşdirməyək. Lap olsun yerli futbolçu. Onun peşəkarlığı, dünya görüşü olsaydı, azarkeşlə bu cür davranmazdı. Azarkeş oyuna baxmaq üçün stadiona gəlir. Mən ona bəraət qazandırmıram. Ancaq o, artıq öz səhv addımını atdı. Həmin səhvin qarşısında futbolçunun da səhv addım atması qarşı tərəfin qeyri-peşəkarlığından xəbər verir. Düzgün hərəkət deyil

- Hadisə polis əməkdaşının gözü qarşısında baş verdi. Polislər həmin hərəkətə görə, Tira ilə bağlı yerindəcə hansısa tədbir görə bilərdimi?

- Dünya praktikasında belədi ki, əgər ciddi xətər olmursa, hüquq-mühafizə orqanları futbolçunu heç vaxt dəvət etmirlər, sorğu-sual aparmırlar. Hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin əməkdaşları orda idilər. Əgər ciddi xətər yetirilsəydi, onlar futbolçunu yüz faiz çağırardılar.

- Topaz Premyer Liqasının III turunda "Qəbələ” – "Sumqayıt” matçında azarkeş meydana daxil olmuşdu və bu hal dünən də təkrarlandı. Bütün bunlar stadionlarda təhlükəsizliyin lazımınca təmin olunmamasından xəbər vermirmi?

- Təsəvvür edin ki, futbolda son dəqiqələrdi, hamı diqqətlə oyunu izləyir. Fikir verdinizsə, "Qəbələ”nin oyununda azarkeşin əynində futbolçunun üst geyiminin başqa rəngi, qırmızı idi. Bəlkə də, hüquq-mühafizə orqanlarının əməkdaşları elə bilib ki, o, "Qəbələ”nin işçilərindəndi. "Neftçi”nin dünənki qarşılaşmasında da istisna olmadı. Bu üzdən elə bir diqqət cəlb etmirdi. Ola bilsin ki, azarkeşi səhv salıblar. Sadəcə, ani epizoddu. Dünyanın hər yerində olur. Bunu hüquq-mühafizə orqanlarının ayağına yazmayaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı