Futbolda daha bir QƏLƏBƏ: Millimiz Almaniyanı məğlub etdi
18:00 26.08.2017
898
Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyununu keçirib.
AZXEBER.COM Trend-ə istinadən məlumat verir ki, millimiz Almaniya yığması ilə qarşılaşıb. Orxan Məmmədov, Sabir Allahquliyev və Renat Sultanovun vurduğu qollar sayəsində komandamız 3:0 hesabı ilə qələbə qazanıb.