'Futbolumuzun bu gündə olmasının səbəbini araşdırsaq, Adəm və Həvvaya gedib çıxarıq' - MÜSAHİBƏ

İDMAN
14:34 01.04.2013
1492

Tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun müsahibəsi.

-Azərbaycan yığmasının Lüksemburq və Portuqaliya ilə oyununu necə dəyərləndirirsiz?

-Azərbaycan yığmasının oyununda heç bir irəliləyiş yoxdur. Oyun praktikası yox, oyun üslübü yox. Bunların yeganə günahkarı baş məşqçinin özüdür. Futbol elə bir idman növüdür ki, burda hər bir günah bir başa baş məçqçi ilə bağlıdır. Berti Foqts hər zaman oyundan əvvəl müxtəlif açıqlamalar verir. Oyun bitəndən sonra isə başqa fikirlər səsləndirir.Misal üçün, təyyarədən tutmuş, məşqçilərə qədər. Ona buna sataşana qədər özü nə işlər görüb, bu barədə hesabat verməlidir. Oyunlar göz qabağındadır.Həm Portuqaliya, həm də Lüksemburqla oyunda futbolçularımız heçnə görsədə bilmədilər.Yadınızdadırsa, biz Portuqaliya ilə bir dəfə görüşmüşdük.İnkişafin olmadığı bir vaxtda Portuqaliya millisi ilə oynayan komandamız onda daha inamlı təsir bağışlayırdı.Ancaq bu dəfə ki, görüşdə olduqca, inamsız bir komandanın şahidi olduq.Bu da bizə çox pis təsir edir.Burda müxtəlif cür səbəblər var.

-Sizcə, bu səbəblər nədir?

-AFFA-dakı insanların futbola düzgün yanaşmaması, boğazdan yuxarı vədlər verilməsi,yalandan Azərbaycan futbolu sürətlə inkişaf edir kimi danışıqlar. Burda tək sual meydana çıxır. Hansı inkişafdan söhbət gedir? Əgər milli komandanın səviyyəsi bu cürdürsə…Kompleks şəklində çox işlər görülməlidir. Bu gün hər kəs uşaq futbolundan danışır. Məncə, elə uşaq futbolundan danışmaqda yersizdir. Heç bir irəliləyiş yoxdur. Mən görmürəm. İmkan yaratmaq lazımdır ki, Azərbaycan futbolçuları xaricdə oynasınlar. Legioner həyatı yaşasınlar. Burda futbolçuların özündəndə çox şey asılıdır. Əgər bu gün futbolçulara aya 20000-25000 pul verirlərsə, gündə bir dəfə məşq edirlərsə, həftədə bir dəfə çıxıb, oyunu yola veririksə,nəyə görə biz xarici kluba gedib, ayımıza 5000-7000 alıb, orda oynamalıyıq? Orda da tələbat başqadı, səviyyə başqadı. Əgər getsələr, futbolçularımız tamam başqa səviyyə görərlər, futbolumuz daha da inkişaf edər. Əgər bu gün Berti Foqts ilin 365 günündən 50 gününü Azərbaycanda olursa,o heç bir məşqçini günahlandıra bilməz.” Dədə Qorqud”  kinosunda bir epizodu nəzərinizə çatdırmaq istəyirəm.Qazan xan oğlu Turalı günahlandıraraq deyir ki,bu yaşa çatdın,oğul olmadın, baş kəsmədin….Turalda ona cavab verir ki, “ Ay ata, sən məni nə zaman baş kəsməyə, qan tökməyə….apardın? Qazanxanda onun fikrini təsdiqləyir. Həqiqətəndə, Berti Foqts nə zaman gəlib klublara öz konsepsiyasını təqdim etdi ki, indi də kimisə günahlandırır. Ancaq qışqırır. Əgər bu gün “ Neftçi” hansısa uğur qazanırsa, onun futbolçularını komandaya dəvət eləmir. Eləcə də, “Qarabağ”ın. Bunun işi, gücü ancaq klubların məşqçilərini günahlandırmaqdır. Bilirsiz ki, o söz vermişdi ki, AFFA rəhbərliyinə ki, 2016 –cü ildə Azərbaycanı çıxardacaq  Avropa çempionatına. Artıq görünür ki, bu sözü də yerinə yetirmir. Başqa bəhanələr tapır. İndi də, başlayıb ki, Lüksemburq Futbol Federasiyasının prezidentı futbol adamıdır. Lüksemburq ona görə, yaxşı oynayır. Nə bilim, təyyarə belə gəldi, yastıq belə getdi, Artıq bu AFFA rəhbərliyini də günahlandırır. Artıq Foqtsu yola salmaq lazımdır. Yola salmasalar, özləri pis olacaqlar.

-Foqtsun oyuna çağırdığı futbolçular düzgün idimi sizcə?

-Əslində Foqtsun  köməkçiləri var  gedib oyunlara baxırlar. Bu kadrdada işlər düzgün aparılmır. Futbolumuzun bu gündə olmasının səbəbini araşdırsaq,  gərək gedək Adəm Həvva vaxtından araşdırmağa başlayaq. Belə yarandı, belə oldu. Ona görə də  bu gün ki, gündə Foqts əlbəttə ki, komandanı düzgün formalaşdırmayıb. Azərbaycanda normal olan bir iki futbolçu var ki, onları komandaya çağırmır. Araz Abdullayev, Cavid İmamverdiyev söhbəti gedir. Bunları komandaya dəvət etmirsə, əlbəttə ki, burda problemlər olacaq. Sanki qısqanclıq var. Portuqaliya oyununda 61-ci dəqiqədə Rauf Əliyevə qırmızı vərəqə verdilər və bu adam hücuma meylli futbolçunu çıxardıb yerinə  müdafiəçini salır. Belə bir insanın elə nailiyyətləri əldə edən birinin bu cür hərəkətləri adamı dəhşətə gətirir. Komandanı tam müdafiədə otuzdurur. Bu adam bilmir ki, Azərbaycan futbolçuları tam müdafiəyə otura bilmir? Bu mümkün deyil. Ona görə Vüqar Nadirov kimi oyunçuları meydanda saxlamaq lazım idi. Yəqin ki, gördünüz ki, birinci qolu da müdafiəçi vurdu.Ayağımızı yorğanımıza görə, uzatmalıyıq düzdür. Biz demirdik ki, Portuqaliyanı udaq. Nələrsə, danışaq. Bu da düzgün deyil. Hər halda oyun üslübü yoxdur. Əgər Lüksemburq oyunundan sonra AFFA rəhbərliyi çıxıb deyirsə ki, futbolçuları tənqid etməyin, hər futbolçuyada 15000 pul verirsə, aglımız nə kəssin ki? Başım çıxmır burdan ki, biz nədən narazı qalaq bəs? Lüksemburqada qalib gələ bilmiriksə, nədən danışaq onda?

-Foqts düşünürsüz ki, getməlidir…Bəs kim gəlməlidir yerinə?

-Yola vermək üçün Yerli məşqçi olmalıdır. Foqtsa ayına 200000 verib, bizi biabır edənə qədər Böyükağa Hacıyevi gətirib, 10000 ver . Böyükağa Hacıyevlə Lüksemburquda bu kimi yuığmalarıda rahat uda bilərik. Yox əgər ciddi iş görmək istəyirlərsə, başqa xarici məşqçi gəlməlidir. Dünyada ağıllı məşqçilər çoxdur. Legionerlərdənirmək lazımdır. Yoxsa döşəmədə yatdı, təyyarə işləmədi kimi boş boş vədlər lazım deyil. AFFA xahiş elədi , AZAL normal təyyarə vermədi kimi gülünc bəhanələr gətirmək lazım deyil. Guya Novruz bayramı günləri idi deyə təyyarə çatmırdı. Xaricdə İngiltərədə Novruz olur, Novruz bayramı keçirirlər? AFFA bir il qabqdan bilirdi ki, Lüksemburqla oynayacaq təyyarəni bir il qabaqdan şifariş vermək lazim idi.

-Premyer Liqanın formatı dəyişdi…Bu barədə fikirləriniz...

-Bu düzgün qərar deyil. Birincisi, “altılığ”ın ləğv edilməsini bəlkə də çoxları istəyirdi. O ola bilsin ki, düzgün qərardı. Ləğv qərarı mövsüm sonunda deyilməli idi. Mövsümün əvvəlində də deyilsə idi, məsələ bu yerə gəlib çıxmazdı. Çempionatın qurtarmağına 2 ay qalmış deyirlər ki, formatı dəyişdik. Birinci liqadaki, “Qaradağ-Lökbatan”, “Ağsu”,”Neftçala”, gözəl oyun göstərən komandalar var ki, bu gün Premyer Liqada mübarizə apara bilərlər. Hal-hazırda çempionatı lazımsız bir çempionata çeviriblər. Ordan heç bir komanda əsas liqaya vəsiqə qazanmamalıdır. Hələ gələn ildə qazanmayacaq. Ədalətli idman mübarizəsi yoxdur. Komanda nə üçün mübarizə aparır? Yüksək Liqa üçün. Əgər ora düşməyəcəksə, nə etməlidir bu ? Birinci liqa oldu heç bir şey.Misal üçün, “Sumqayıt” komandası uduzsa da, Liqadan çıxmayacaq. “Ağsu” və bu kimi klubları SOCAR maliyyələşdirir deyə, o klublara səslərini çıxarda bilmirlər. Arada hakimləri cəzalandırırlar. Adını da qoyurlar ki, futbolumuz inkişaf edir. Futbolumuz uçuruma gedir. Ondan əlavə, 8 nəfər 21 yaşlı futbolçu olmalıdır.Mənim yaşım 21-I keçdi, məcburam futbolu tərk edim, belə çıxır. 8 nəfər 21 yaşlı futbolçu yığmaqla iş alınmır.Söhbət 8 nəfəri oynatmaqdan gedir. 21 yaşlı futbolçu oynatmaq istəyirlərsə, gedin U-21 yaratsınlarda. Bilmirəm bu qərarları kimlər verir, necə verirlər?Dəxlisi olmayan qərarlardır. Bu da onu göstərir ki, Elxan Məmmədovun futboldan başı çıxmır.Həyatnda bir dəfə də olsun futbol oynamayıb. Ona görə də AFFA-da oturanların hamısı Rövnəq Abdullayevi uçuruma aparır.Dövlət Proqramının  vaxtı yaxınlaşır. Bunların hesabatı soruşulacaq.

-Bu günə qədər AFFA-ya 3 nəfər rəhbərlik edib. Bu 3 nəfərdən hansı futbola daha yaxın olub, futbol üçün vuruşub?

- Hər üçü ilə şəxsi münasibətim olub. Onu deyim ki, heç bir futbol adamı deyil. Təşkilatçılıq qabiliyyətinə görə, Fuad Musayevi fərqləndirərdim. Ciddiliyi olub bu insanın .Qeyd edim ki, tək Fuad Musayev səhər 10-da gəlib, axşam 10da gedirdi. Bu önəmli fakt idi.  Onu da dövründə oyunda oyun üslubu görsənirdi.  Futbol adamları çalışırdı AFFA-da. Sadəcə problem onda idi ki, bu gün ki, maliyyə dəstəyidə onun dövründə yox idi. Amma heç nəyə baxmayaraq yığmada ruh var idi. Hər oyunda sonacan vuruşurdular. Bu günləri futbolda funksionerlər işləməlidir.Bu gün nəyə görə Tovuzda, Gəncədə futbol yoxdur? Bunlardan danışmaq lazımdır.Vəziyyətə baxın,Gəncənin komandası gəlib Bakıda oynayır.Yəqin görmüsüz, Gəncədə Gəncə komandası oynayanda 5000 adam gəlir.İndi o komandanı gətirib, Dalğa Arenada 2-3 azarkeşlə oynadırlar.Bu gün Tovuzda,Gəncədə futbol veteranları var ki, bazarda göy satırlar.Bu insanlara 2000-3000 manat versələr, Tovuzda,Gəncədə futbolçu yetişdirmək üçün dəridən qabıqdan çıxmazmı?Onlar üçün bu pul böyük puldur.Bu gün biz yuxarıda dələduzları görürük.Elxan Məmmədov AFFA-nın baş katibidir bu gün.Onu ordan çıxardıb sərgi salonuna göndərsinlər.Çünki onun üçün fərqi yoxdur.Sərgi salonununda işçisi ola bilər.AFFA-nında baş katibi ola bilər.Elxan Məmmədovun futbolda hansı xidmətləri olub ki,bu gün AFFA-nın baş katibidir?Yaxşı, baş katibsənsə, onda bu işləri düzgün apar.Çox boş-boş vədlər verir.Bunların hamısı gözdən pərdə asmaq üçündür. Tikilən stadionlardan danışır. Bu stadionları UEFA tikdirir onlar yox.Gedin görüm, hansında pulsuz oynaya bilərsiz?Həmin məhəllənin uşaqlarını buraxırlarmı? Problemlərimiz çoxdur. Ona görə, bayaq dedim ki, Adəm və Həvvadan başlamaq lazımdır.

Sportarena.Az

OXŞAR XƏBƏRLƏR