Füzuli Musayevdən boşanan Ayana xoş sürpriz - VİDEO

MAQAZİN
20:36 24.01.2015
9279
Müğənni Ayan Babakişiyeva “Səndən sonra” mahnısına çəkdirdiyi klipi təqdim edib.
AZXEBER.COM Showlife.Az-a istinadən xəbər verir ki, mərasimdə xanım müğənninin yaxın dostları və media nümayəndələri öz fikirlərini bölüşüblər, Ayana uğurlar arzulayıblar.
KİV nümayəndələrinə təşəkkür edən sənətçi ekran işi haqda təəssüratlarını bölüşüb:“Ulduz kimi qarşılanacağımı gözləmirdim. İndi başa düşdüm ki, ulduzum sönməyib. Həyatımda bir çox hadisələr baş verdi, xoşagələn də oldu, xoşagəlməyən də. Lakin qızım Selenadan sonra həyatım dəyişdi, indi hər şey qaydasındadır. İndiyədək mənim yanımda olan bütün dostlarıma, başda mətbuat katibim Zəminə Rüstəmova, modelyerim Şəlalə Maqsudova, vizajistim Səbinə İmanova olmaqla bütün komandama təşəkkür edirəm".
Sözləri və musiqisi Tural Bayraməliyevə məxsus olan "Səndən sonra" mahnısına rejissor Ceyhun İbrahimova və Vüsal Həsənli ekran həyatı verib. Müğənni bildirib ki, klip 12 min manata başa gəlib. Led kamera ilə çəkilən ekran işi Bakıda lentə alınıb. Klipdə Ayanın tərəf müqabilləri aktyorlar Nəsimi Mirzəyev və Rahib Mikayılzadədir.
Təqdimata qatılan prodüser Təranə Səmədova da sənətçi haqda fikirlərini bölüşüb:“Ayanın mənim xeyir-duama ehtiyacı yoxdur. Artıq sözünü demiş gənc sənətçidir. Hamımız onun bu sənət çəkdiyi əziyyətlərdən xəbərdarıq. Ayan da əziyyətlərini heç vaxt unutmur və öz üzərində daim çalışır. Ona xoşbəxtlik və uğurlar arzulayıram”.
Qeyd edək ki, təqdimat mərasimində ən yadda qalan məqam tədbirin əvvəlində A. Babakişiyevaya naməlum şəxs tərəfindən böyük gül çələngi və sonunda 101 ədəd qızılgül çələnginin göndərilməsi olub.
OXŞAR XƏBƏRLƏR