Füzuli sakinləri həmin məscidə görə ona məktub yolladılar

Füzuli sakinləri həmin məscidə görə ona məktub yolladılar
SİYASƏT
21:22 19.11.2025
149
Füzuli şəhərinin bir qrup sakini Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşmişdir.

Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, dost və qardaş xalqlarımız arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.

Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.

7 oktyabr tarixində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində türk dövlət və hökumət başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda təməlinin atılması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi məna qazandırmışdır. Bu təşəbbüs, həmçinin Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

Xüsusilə, qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı, eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı nüfuzlu fəaliyyətiniz, Türk Dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.

2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidini ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanmışdır.

İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Sizin yüksək diqqət və mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan qardaşlığının mənəvi simvoluna çevriləcək bu məscidin yaxın zamanda Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz, Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik!

Fürsətdən istifadə edərək bütün Füzuli sakinləri adından göstərilən yüksək diqqət və qayğı üçün Zati-alilərinizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayırıq.

Dərin hörmətlə,

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından:

Əliyev Vidadi Əziz oğlu,

Hüseynov Məhəmməd Səyyad oğlu,

Rzayev Atabəy Saleh oğlu,

Əhmədov Taleh Famil oğlu,

Xanlarov Vaqif Əsgər oğlu,

Əliyeva Sevda Yaqub qızı,

Aygün Oktay qızı,

Abdullayev Nizami Ağabala oğlu,

Qəhrəmanova Xuraman Hüseyin qızı,

Quliyev Elman Süleyman oğlu,

Əliyev Füzuli İbrahim oğlu,

Camalxanov Tehran Məmmədəli oğlu,

Abdullayev Məmmədbağir Abdulla oğlu,

Məmmədov Alik Calal oğlu,

Məmmədova Nüşabə Həmid qızı,

Hüseynova Mahnur Eldar qızı,

Əliyeva Fəridə Kamil qızı,

Əliyeva Rəhilə Ənvər qızı,

Nəsirova Gülbahar Allahverdi qızı,

Hüseynova Fəridə Rəhbər qızı,

Füzuli şəhəri, 19 noyabr 2025-ci il".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb