Füzuli şəhərinin işğaldan azad olunmasından 2 il ötür

Füzuli şəhərinin işğaldan azad olunmasından 2 il ötür
SOSİAL
15:34 14.10.2022
132
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir.  Füzuli rayonu  1993-cu il 23 avqust yarixində ermıni qəsbkarları tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. O  cümlədən Abşeron rayonu ərazisində 1552 ailə 5925 nəfər Füzuli rayonundan məcburi köçkün kimi müxtəlif kənd və qəsəbələrdə, həmçinin yataqxana, məktəb, uşaq bağçası, inzibati binalarda məskunlaşmışlar. 

Ümümiyyətlə Füzuli rayonunun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix, mədəniyyət abidələrinə dəyən zərərin məbləği milyonlarla ölçülür. 1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında  Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür. Nəhayət 27 sentyabr 2020 ci ildə Dəmir Yumruq əməliyyatı başladı, 44 gün davam edən Vətən müharibəsi zamanı 17 oktyabr 2020 ci il  tarixdə Füzuli rayon mərkəzi işğaldan azad olunmuşdur. 

Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. 

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev tərəfindən  "Füzulinin azad olunmasına görə” medalı  təsis edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları "Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər. 

Ermənistanın hər iki müharibədə törətdiyi hərbi cinayətlərin, vəhşiliklərin Beynəlxalq ictimaiyyət dəfələrlə şahidi olub. Bu gün Füzuli rayonu azad olmuş rayonlar arasında ən çox minalarla çirklənmiş ərazidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış  başlamışdır. Artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına coxsaylı yeniliklər gətirəcək, Böyük qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunacaqlar.

Eltac İsmayılov 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron bölməsinin məsləhətçisi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir