Füzulidə doğuş zamanı uşaq öldü - cinayət işi başladı

Füzulidə doğuş zamanı uşaq öldü - cinayət işi başladı
SOSİAL
09:56 08.10.2019
4570
Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR