Füzulidə mühəndis faciəvi şəkildə öldü

Füzulidə mühəndis faciəvi şəkildə öldü
SOSİAL
09:54 04.07.2022
240
Füzuli rayonunda usta bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, iyulun 3-ü saat 11 radələrində rayonun Qazaxlar kəndi ərazisində 64 yaşlı Mikayıl Nəsirovun ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR