Fәzail Ağamalı mətbuat katibini işdən qovdu - Almaniyaya görə

SİYASƏT
00:05 20.07.2015
1493
Ötən gün Ana Vәtәn Partiyasının sәdri, deputat Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı "Facebook" profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb.

AZXEBER.COM arqument.az-a istinadən xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, bundan әvvәl Ayşәn Ayxan Әbülfәz Elçibәyin portretini örtük fotosu etdiyi üçün işdәn çıxarılsa da, sonradan geri qaytarılıbmış.

Baş verənlərlə bağlı Ayşən Ayxan da status paylaşıb:

"Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm.Bildiyiniz uyğun vakansiyalar varsa bildirməyinizi rica edirəm.Çünki işləməyim vacibdir,hətta o dərəcədəki bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün.İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurdcasına məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür can sağlığı diləyirəm. Necə deyərlər kəsər dönər , sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri "səvab" iş mükafatsız qalmaz ümid edirəm", - deyə o yazır.

***

Ancaq Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Meydan TV-yə bildirib ki, o, Ayşən Ayxanı bir nəfərin təqdimatı ilə vəziyyətini nəzərə alıb işə götürüb: “Partiyamızın mətbuat xidmətinin rəhbəri analıq məzuniyyətində olduğundan yer boş idi, Ayşən Ayxanın qələmi və qabiliyyəti olsa da, savadı yoxdur. İstədim ki, işləməklə partiyamızın ideallarıyla tanış olub öz inkişaf yolunu tapsın. Təminat da verirdim. Ancaq işə vaxtında gəlmədiyindən mətbuat xidmətində müvəqqəti olduğunu bilirdim, ona görə başqa bir struktura keçirəcəkdim. Bayram ərəfəsində Facebook profilində Almaniya bayrağını görəndə ona zəng edib “sənin üçün Azərbaycan, yoxsa Almaniya bayrağı əzizdir” deyə sual etdim.

“Nə mənada” soruşduqda, dedim ki, hər mənada. Nə üçün başqa ölkənin bayrağını profilinə qoyduğunu sual etdikdə Almaniyanın onun ölkəsi olduğunu söylədi. Bundan sonra “sənin yerin siyasət deyil, bizimlə işləyə bilməzsən”- deyib, söhbəti bitirdim. Köməkçimə də əməkhaqqısının ödənməsini tapşırdım və məsələ bitdi. Bizim partiya üzvləri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olublarsa, Ana Vətən Partiyasının təməl prinsipləri var, bu dəyərlər bizim üçün əzizdir. Kimsə bunları qəbul etmirsə, ayrıla bilər”.

“Bəs fikir plüralizmi, partiyadaxili fraksiyanı qəbul etmirsinizmi” sualına Fəzail Ağamalı belə cavab verib: “Fikir azadlığı o deyil ki, Almaniya bayrağını öz bayrağımdan üstün tutum. Bu dəyərlərə xəyanət olardı. Mən bu cür insanlara kosmopolit kimi yanaşıram, mənim üçün öz bayrağımız əzizdir”.

AVP sədri sabiq prezident Əbülfəz Elçibəyin şəklinə görə Ayşən Ayxanın işdən çıxarılması barədə deyilənləri təkzib etdi: “Bununla bağlı heç söhbətimiz olmayıb. Bəli, demişəm ki, mənim otağımda Heydər Əliyevin, İlham Əliyevin və Şah İsmayıl Xətainin şəkli var, başqa heç nə. Onun heç səhifəsində Elçibəyin şəkli də olmayıb. Əgər olsaydı, deyərdim ki, get KXCP-yə üzv ol. Amma Almaniya bayrağı haqda münasibətim bəllidir. Bu baxımdan Ayşən Ayxanın yeri AVP-də ola bilməz”.

OXŞAR XƏBƏRLƏR