G20 toplantısı Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZXEBER.COM xəbər verir ki, Hindistanda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə Türkiyə və Suriyada həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Paytaxt Yeni Dehlidə keçirilən toplantı Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın çıxışı ilə açılıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi G20 Xarici İşlər Nazirləri Toplantısında Türkiyə və Suriyada zəlzələ nəticəsində həyatını itirənlər üçün bir dəqiqəlik sükutla yad edilib.
Ayşən